İranı qəzəbləndirən qərar: Dərhal əmr verildi

İranı qəzəbləndirən qərar: Dərhal əmr verildi İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qəbul etdiyi qətnaməyə cavab olaraq, bir sıra yeni və qabaqcıl sentrifuqları işə salacağını bildirir.

Bu barədə İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“İranın Atom Enerjisi Təşkilatının rəhbəri təsiredici tədbirlərin görülməsi, o cümlədən müxtəlif tipli yeni və qabaqcıl sentrifuqaların əhəmiyyətli seriyasının işə salınması barədə əmr verib”, - bəyanatda belə deyilir.

Yada salaq ki, bundan öncə AEBA Böyük Britaniya, Fransa və Almaniyanın təşəbbüsü ilə İranı agentlik və onun monitorinq missiyası ilə əməkdaşlıq etmədiyinə görə qınayan qətnamə qəbul edib.

Tehsil-press.az

Oxşar xəbərlər