Neftin qiyməti tezliklə 60 dollara qalxacaq.
Tehsil-press.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xaled ben Abdel əl-Faleh İstanbulda keçirilən beynəlxalq energetika konqresindəki çıxışında deyib. “Oktyabrda və ya ilin sonuna doğru qiymət 60 dollara çatacaq”-nazir bildirib.
Səudiyyə naziri deyib ki, onun ölkəsi neftin qiymətinin stabilləşməsinə dair danışıqlarda Rusiyanın qurucu roluna ümid edir. Əl-Faleh neftin hasilatının sabitləşməsinə dair danışıqlarda Azərbaycan və Braziliyanın da iştirak edəcəyini deyib.
Hazırda London birjasında “Brent” markalı neftin barelinin qiyməti 51.51 dollardır. Analitiklərə görə Rusiya hasilatın dondurulmasına dair OPEC-lə razılaşmaya çətin ki, qoşular. Eyni zamanda ötən həftə ABŞ-da qazma işlərinin həcmində artım olduğu açıqlanıb ki, bu da neftin qiymətinin kəskin artacacağına olan ümidləri azaldır.
Tehsil-press.az