“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir

“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“AICT 2016”) mövzusunda X beynəlxalq konfransın bölmə iclası Bakı Dövlət Universitetində öz işini davam etdirir. Konfransın plenar iclasını giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Prezident İlham Əliyevin  bu sahəyə olan qayğısı nəticəsində əldə edilən nailiyyətlərdən bəhs edib.  Prorektor elm, təhsil, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə araşdırmalar aparan elmi tədqiqatçıların bir araya toplanmasını yüksək dəyərləndirib. Belə ki, dünyanın müxtəlif guşələrindən ümumi maraq və problemlər ətrafında birləşmiş elm adamlarının və mühəndislərinin eyni coğrafi məkanda toplaşmalarının adıçəkilən sahəyə böyük töhfələr verəcəyini vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.
Konfransın plenar iclasında 2 məruzə dinlənildikdən sonra konfrans işini 4 bölmədə davam etdirib.
Qeyd edək ki, 22 ölkədən 80-dən çox alimin qatıldığı konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malaysia Sabah Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF), Nar Mobile və DELL EMC şirkətləri sponsorluğu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçirilir.

Mətbuat və informasiya şöbəsi


“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir

“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir

“AICT-2016” X Beynəlxalq konfransı Bakı Dövlət Universitetində öz işini davam etdirir

Oxşar xəbərlər