5 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) iki gün davam edəcək “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi-praktiki konfransın plenar iclası keçirildi. Plenar iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Son dövrlərdə ADU-da böyük və əhəmiyyətli konfransların keçirildiyini bildirən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bugünkü iclasın yarım ay ərzində keçirilən sayca üçüncü konfrans olduğunu bildirdi. Konfransın əhəmiyyətindən danışan professor Azərbaycanda xarici dillərə marağın XVIII əsrin ortalarından yarandığını söylədi, həmin dövrdə fransız dilinə daha çox üstünlük verildiyini, XX əsrin əvvəllərində alman dilinin daha çox istifadə edildiyini diqqətə çatdırdı. Azərbaycanda ingilis dilinin inkişafının XX əsrin 30-cu illərindən başladığını deyən Dünyamin Yunusov elmə ciddi yanaşmanın vacib olduğunu vurğuladı. O, elmsiz heç bir nəticə əldə olunmadığını bildirərək konfransı açıq elan etdi və onun işinə uğurlar arzuladı.
Plenar iclasda ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müəllimi Aytən Allahverdiya “İnandırıcı nitq sistemində didaktikanın rolu”, İngilis dilinin qrammatikası kafedrasının müəllimləri Pərvanə Qasımova “Xarici dillərin tədrisində mnemonik üsullardan istifadə”, Aydan Məlikzadə “Ambiqitivliyin yaratdığı yumoristik effektlər”, Nahidə İmanova “Kiberməkanda kimlik və kommunikasiya” mövzularında məruzə ilə çıxış etdilər.
Sonra Elmi hissənin baş inspektoru Xatirə Aslanova konfransın strukturu və gedişatı haqqında məlumat verdi. O, 30-a yaxın ali təhsil müəssisəsi və 10-dan çox orta məktəb müəlliminin məruzə ilə çıxış edəcəyi konfransda “Xarici dillərin tədrisinin linqvodidaktik məsələləri”, “Pedaqogika və metodikanın aktual problemləri”, “Tərcümənin nəzəri və praktik məsələləri”, “Ədəbiyyatların qarşılıqlı təsiri və inkişaf problemləri” adlı 4 bölmə üzrə müxtəlif
mövzularda 230-a yaxın məruzənin dinləniləcəyini və müzakirələrin aparılacağını diqqətə çatdırdı. X.Aslanova konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatlarının dinləniləcəyini də sözlərinə əlavə etdi.
ADU-nun İctimaiyyətlə əlaqələr Departamenti