Rövnəq Abdullayev: "İnsanlar qazı azaltmaq əvəzinə, pəncərələri açırlar"

Rövnəq Abdullayev: Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədə təbii qaz qıtlığının yaranması, mavi yanacağın təzyiqinin aşağı olması ilə bağlı deyilənlərə münasibət bildirib.

Tehsil-press.az-n məlumatına görə, SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, qışda Azərbaycanın qazla təminatında heç bir problem olmayacaq: "Noyabrın 1-dən qış rejiminə keçəcəyik və qazın təzyiqini artıracağıq. Bunun üçün 15 gün öncədən hazırlıqlar başlayıb".
"Anbarlarda kifayət qədər qaz ehtiyatı var. Güclü yağışlar zamanı qaza tələbatın kəskin artması müvəqqətidir. Adətən insanlar soyuq olanda evi qazla qızdırır, amma hava istiləşən kimi qazdan istifadəni azaltmaq əvəzinə pəncərələri açırlar", - deyə SOCAR rəhbəri vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər