Artıq bir neçə gündür ki Azərbaycanda havalar kəskin soyuyub.
Tehsil-press.az xəbər verir ki, havaların qəfil dəyişməsi mənzillərdə istiliyə olan təlabatı artırıb. Ancaq paytaxtda mənzillərə qazın az təzyiqdə verilməsi, bir neçə ərazidə isə gün ərzində kəsilməsi kimi problemlər yaşanmaqdadır. Problemlə bağlı insanlar həm sosial şəbəkədə narazılığını bildirir, həm də redaksiyamıza müraciətlər daxil olur.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, təmsil etdiyi qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur: “Əhali ilin bütün fəsillərində təlabata uyğun olaraq mavi yanacaqla təmin olunur. Qış fəslində qazanxanalar işə salınan vaxtlarda təbii qazın təzyiqinin artırılması tələb edilir. Həmin zaman da qazanxanalara verilən mavi yanacağın təzyiqi artırılır.
Hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib. Hansı ərazilərdə bu problemlər yaşanırsa, “Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”.
Tehsil-press.az