İlk tədbir Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasında keçirilib.18 oktyabr-Dövlət Müstəqilliyi günü ilə əlaqədar keçirilən tədbir Dövlət himnini ilə başlayıb.
ADAU-nun mətbuat xidmətinin məlumatına görə tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov açıb və bildirib ki, əvəzsiz milli sərvətimiz olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb bir vəzifədir. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyası həyata keçirib. Azərbaycan artıq 25 ildir müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu illərdə Azərbaycan Respublikası dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutub və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamız özünəməxsus inkişaf yolu ilə inamla irəliləyir. Rektor onu da qeyd edib ki,memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müstəqil dövlətimizi indi də dinamik inkişaf ömrü yaşayır.
Məruzəçilərdən İctimai elmlər və multikulturalizm kafedrasının müdiri dosent Azad Bayramov deyib ki, Azərbaycanın siyasi müstəqilliyi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sonra o əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini tarixi faktlarla izah edib.
Müəllimlərdən dos. Ə. Kazımov, baş müəllim S. Qasımova, müəllim S. Abdullayeva, tələbələrdən T.Məmmədli, Ş.Səfərov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qazandığı nəaliyyətlərdən və onun beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan danışıblar.
ADAU-nun Mətbuat Xidməti