Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib Mayın 26-da Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında, azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar. 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran rektor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik.
Mili Məclisin deputatı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar inisitutu”nun direktoru Elman Nəsirli və millət vəkili, professor Astan Şahverdiyev də çıxışlarında ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.

AzTU-nun Mətbuat Şöbəsi


Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib

Oxşar xəbərlər