Liviyanın hökumət qüvvələri Sirt şəhərində keçirdikləri hərbi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının girovluğunda olan 11 gənc qadını azad edib. Tehsil-press.az TASS-a istinadən xəbər verir ki, girov saxlanılan qadınlar digər silahlı qruplaşmalardan qaçaraq qeyri-leqal yolla Avropa ölkələrinə keçmək istəyirlərmiş, lakin İŞİD onları əsir götürüb.
Tehsil-press.az
Tehsil-press.az