Mərkəzi Bank növbəti depozit hərracının vaxtını açıqladı

Mərkəzi Bank növbəti depozit hərracının vaxtını açıqladı Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Tehsil-press.az-ın AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək. Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək. Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür. Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər