Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin generallarına Amerika ilə hərbi qarşıdurma riski yaratdıqları üçün bərk qəzəblənib.
Tehsil-press.az xəbər verir ki, bu barədə yüksək rütbəli Rusiya rəsmisinə istinadən “Bloomberg” bildirir. Məlumata görə Putin Rusiya qırıcılarının Qara dənizdə Amerika hərbi gəmisinə təhlükəli dərəcədə yaxın məsafədən uçması və gəmiyə hücumu imitasiya etmsinə görə generalları danlayıb.
Həmin insident oktyabrın 10-da baş verib. ABŞ donanmasının “Mount Witney” flaqmanı “regional təhlükəsizliyin təmin edilməsi üçün” Qara dənizə daxil olub. Rusiya isə gəmini qırıcılarla “qarşılayıb”. Pentaqonun bildirdiyinə görə, Rusiya qırıcıları hərbi gəmiyə təhlükəli səviyyədə yaxın məsafədən uçublar və bunun riskli olduğu barədə xəbərdarlığa məhəl qoymayıblar.
Bu insident barədə xəbər tutan Putin Müdafiə Nazirliyinin rəhbərliyini müşavirəyə çağırıb və baş verənləri “çox riskli” adlandırıb. Bu zaman generallar deyiblər ki, amerikalılar baş verənlərə layiq idi. Məlumata görə Putin generallara qəzəblənib. “Siz dəli olmuşunuz? Başınız xarabdır?”-deyib.
Analoji insident bu ilin aprelində baş vermişdi. ABŞ-ın “Donald Cook” esminetsi Qara dənizə daxil olanda Rusiya bombardmançıları və qırıcıları onun üzərindən uçuşlar keçirib. Təyyarələrdən biri gəminin cəmi bir neçə metrliyindən uçub. Ağ Evdə bu insident hiddət doğurub. Vaşinqton bildirib ki, Rusiya pilotlarının hərəkətləri beynəlxalq hava və dəniz məkanında silahlı qüvvələrin davranış normalarına ziddir.
“Bloomberg” qeyd edir ki, Putinin bu reaksiyası Rusiya prezidentinin NATO və ABŞ-la hərbi toqquşmada maraqlı olmadığını, ancaq onun hakimiyyətində qarşıdurmanı dərinləşdirməyə can atan “qırğıların” mövcudluğunu göstərir.
Tehsil-press.az