Rusiyanın hansı şəhərində İİV epidemiyası elan olundu?

Rusiyanın hansı şəhərində İİV epidemiyası elan olundu? Rusiyanın Yekaterinburq şəhərində rəsmən immun çatışmazlığı virusu (İİV) epidemiyası elan olunub. Bu barədə Tehsil-press.z RİA Novosti agentliyinə istinadən məlumat verir.

Yekaterinburq şəhər administrasiyası 27 min İİV faktının qeydə alındığını bildirib. Bu, şəhər əhalisinin 1,8 faizinə bərabərdir. Virusa yoluxanların 52 faizi narkotik vasitələrlə, 46 faizi cinsi əlaqə yolu ilə bu xəstəliyə yoluxub.

Tehsil-press.az

Oxşar xəbərlər