Yamaykalı atlet zika virusuna yoluxdu

Yamaykalı atlet zika virusuna yoluxdu Yamaykalı qaçışçı Kemar Bailey-Cole Zika virusuna yoluxub. Tehsil-press.az-ın məlumatına görə bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Bir müddət öncə ağrılardan şikayət edən 24 yaşlı idmançı xəstəhal durumda məşqlərdə iştirak edib.

Bailey-Kole Braziliyanın Rio de Janero şəhərində 2016-cı il 5-21 avqust tarixlərində keçiriləcək yarışlarda iştirakda qərarlı olan qaçışçı sağalacağına ümidlidir.
Son olaraq İngiltərədə Xalqlar Dostluğu (Commonwealth) yarışlarında 100 metrə qaçışda birinci yerə çıxaraq qızıl medal qazanan Bailey-Kole daha öncə dəfələrlə medallara sahib olub.
Qan və cinsi yolla keçən Zika virusu son illər Braziliyada geniş yayılıb. Bu virusa ilk dəfə 1947-ci ildə Uqanda meşələrində meymunlarda rast gəlinib.


Tehsil-press.az

Oxşar xəbərlər