Anadangəlmə ürək qüsurlarının müalicəsinə dair təlim təşkil olunub

Anadangəlmə ürək qüsurlarının müalicəsinə dair təlim təşkil olunub Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsinə dair ongünlük təlim keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən tehsil-press.az-a bildirilib ki, təlimdə ADHTİ-nin, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri və beynəlxalq ekspertlər iştirak ediblər. Təlimdə uşaqlarda aritmiyaların diaqnostikası və müalicəsi, invaziv kardioloji müdaxilələr, eləcə də anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və cərrahiyyə yolu ilə müalicəsi, ürək qüsuru ilə doğulmuş körpələrin intensiv terapiyası və reanimasiyasının əsasları və s. mövzularda müzakirələr aparılıb.
Mövzu üzrə növbəti təlim kursu 2017-ci ilin fevral ayında keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər