ABŞ-nın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyətinin illik konfransı keçirilib. Bu nüfuzlu tədbirdə Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Vüsal Hacıyev də iştirak edib.
Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyəti 1981-ci ildə yaradılıb. Qurumun hər il keçirilən konfransında dünyanın ən böyük ürək və ağciyər transplantasiya mərkəzlərinin təmsilçiləri iştirak edir, bu günə ürək və ağciyər transplantasiyası üzrə ən son yeniliklər, aparilan araşdırmalar və tədqiqatlar təqdim edilir, elmi işlər nümayiş olunur.
Builki toplantıda 45 ölkədən yüzlərlə həkim iştirak edib. Bu həkimlərin sırasında ürək transplantasiyası üzrə apardığı tədqiqatı məruzə etmək üçün dəvət olunmuş həmyerlimiz Vüsal Hacıyevin tədqiqatı ürək transplantasiyasından sonra trikuspidal qapaq çatışmamazlığının risk faktorları və səbəbləri üzrədir.
Bir çox mərkəzlərdə keçirilən transplantasiya əməliyyatlarından sonra trikuspidal qapağın çatışmamazlığı problemi yaranır və vaxt keçdikcə bu çatışmamazlığın dərəcəsi artır. Nəticədə xəstə uğurlu transplantasiyadan sonra ayaqda şişlər, qaraciyər funksiyasının pozulması, qarın boşluğuna mayenin yığılması kimi problemlərlə üzləşir. Bu vəziyyət bir çox halda həyat keyfiyyətinin azalmasına və yenidən açıq ürək əməliyyatına gətirib çıxarır. Bu da donor ürəyinin çox az sayda mövcud olduğu zamanda uğurlu transplantasiya əməliyyatından sonra xəstə və cərrah üçün həddindən artıq təəssüf doğuran haldır. 1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu araşdırmalar çatışmamazlığın əsas səbəbini aşkar etməmişlər.
Konfransda iştirak edən Vüsal Hacıyev “Berlindəki Almaniya ürək mərkəzi”nin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında dörd il ərzində trikuspidal qapağın çatışmamazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra sozügedən problemin qarşısının alinması üçün atılacaq addımları aşkar edib. Bura sonradan heç bir tərəfdən gərginlik yaradilmaması və qapağın dartılmaması üçün əməliyyat vaxtı sağ qulağcığın xüsusi qaydada tikilməsi və transplantasiya edilmiş ürəyin orqanizm tərəfindən imtinasının diaqnostikası üçün ürək parçalarının qoparılması prosedurlarının sayının mümkün qədər azaldılması da daxildir.
Elmi işinin nəticələrini bu konfransda tibbi tədqiqat icmasına təqdim edən Vüsal Hacıyev 2001-ci ildə Şirvan (keçmişdə Əli Bayramlı) Türk litseyinin məzunudur. O, Azərbaycan Təhsil Nazirliyinin dövlət təqaüd proqramı ilə Çexiyada tibb üzrə təhsil almaq üçün ölkənin ən nüfuzlu Charles Universitetinə yollanıb, 2009-cu ildə ali təhsilini bitirib. Universiteti bitirdikdən sonra V.Hacıyev professor Hetzerin rəhbərliyi altında ürək cərrahiyəsi üzrə rezindenturaya qəbul olunub. Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.
Tehsil-press.az