Azərbaycan Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyasına edilən müraciətlərin sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, 2016-ci ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb.
30 iyun 2016-ci il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub və baxılıb.
Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.
Hepatit B virusunun sağlam daşıyıcıları 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı 260 nəfər təşkil edib.
Tehsil-press.az