Milyonlarla xəstə cərrahiyyə masasında infeksiyaya yoluxur.
Tehsil-press.az BMT-nin saytına istinadla xəbər verir ki, gəliri aşağı və orta olan ölkələrdə hər on xəstədən biri cərrahiyyə əməliyyatı zamanı mikroblara yoluxur. Afrikada hər beşinci qadın qeysəriyyə kəsiyi zamanı təhlükəyə məruz qalır.
Hər il dünyada təxminən 250 milyon cərrahiyyə əməliyyatı aparılır. Çox təəssüf ki, onlardan bir qismi xəstənin infeksiyaya yoluxması ilə başa çatır ki, bu da əlilliyə gətirib çıxarır. Bu problem artıq qlobal miqyas alıb. ABŞ-da belə xəstələrin sonrakı müalicəsinə ildə əlavə olaraq 900 milyon dollar vəsait ayrılır.
Dünya Səhiyyə Təşkilatı 20 aparıcı ekspertlə məsləhətləşmələr əsasında, həmin sahədə tibb işçiləri və xəstələr üçün təlimat hazırlayıb. Sənəddə bir sıra konkret tövsiyələr yer alıb. Məsələn, xəstələrə cərrahiyyə əməliyyatına qədər üz qırxmamaq və antibiotiklər qəbul etməmək tövsiyə olunur. Həkimlər isə infeksiya riskini azaltmağa kömək edəcək xüsusi tikiş növlərindən istifadəyə üstünlük verməlidirlər
Tehsil-press.az