“Motivasiya və pozitiv düşünmə”

“Motivasiya və pozitiv düşünmə” Azərbaycan Texniki Universitetində (AzTU-da) Avropa Şurasının Təlim Mərkəzinin Azərbaycandakı nümayəndəsi, tanınmış ictimai fəal Günel Səfərova ilə tələbələrin görüşü keçirilib. Görüş AzTU-nun 3A (Arzula, Araşdır, Addımla) Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibində fəaliyyət göstərən mərkəz mütəmadi olaraq təcrübəli və uğur qazanan insanlarla tələbələrin görüşünü təşkil edir.
Mərkəzin bu dəfəki qonağı Günel Səfərova tələbələrə “Motivasiya və pozitiv düşünmə” adlı təlim keçib. Təlimdə motivasiya olunma və pozitiv düşünmənin yolarından danışılıb. Təlimçi tələbələrə motivasiyanın önəmindən danışaraq bildiribdi ki, uğur qazanmanın bir nömrəli amili düzgün motivasiya olunmaqdı.
İnteraktiv keçən təlimdə praktiki olaraq bir neçə uğur formulundan da danışılıb.

AZTU-nun Mətbuat xidməti


Tehsil-press.az

Oxşar xəbərlər