SOCAR prezidenti Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb

SOCAR prezidenti Pakistanın neft və təbii ehtiyatlar naziri ilə görüşüb Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Abu-Dabidə keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransı çərçivəsində Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə görüşüb.

Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki,R.Abdullayev Azərbaycan və Pakistanın dost ölkələr olduğunu, qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib.
SOCAR prezidenti Azərbaycan neft-qaz sənayesinin son nailiyyətləri, şirkətin həyata keçirdiyi qlobal və regional layihələr barədə məlumat verib və bildirib ki, bu layihələr beynəlxalq miqyasda enerji təhlükəsizliyinin inkişafına xidmət edir. Son illər SOCAR-ın beynəlxalq enerji bazarına inamla daxil olduğunu söyləyən R.Abdullayev şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya proqramları haqqında da ətraflı söz açıb. Pakistanlı nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər