Dünya Elm Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm aylığı” başa çatıb.
Bağlanış tədbirində UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Elmin insan inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. Alim elmin insan inkişafına təsirinin transmissiya mexanizmi və konsepsiyası ilə iştirakçıları tanış edib, bununla bağlı statistik göstəriciləri açıqlayıb.
Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov “Elm aylığı” çərçivəsində keçirilən silsilə tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, universitetdə ölkənin tanınmış elm xadimlərinin də qatıldığı seminarlar, “dəyirmi masa”lar keçirilib, elmi müzakirələr aparılıb. Təhsil ekspertinin və universitetin professorlarının təqdimatında iqtisadiyyat üzrə Nobel mükafatçıları barədə məruzələr dinlənilib.
S.Yaqubov “Təhsil və elmin vəhdəti” mövzusunda ilk TEDx UNEC konfransından da danışıb. Bildirilib ki, konfransda elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.
“Elm aylığı” çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in müəllimlərinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçirilib. Müsabiqəyə daxil olan 118 məqalə müvafiq komissiya tərəfindən qiymətləndirilib, qaliblər müəyyənləşdirilib.

UNEC-in Mətbuat Xidməti