Azərbaycan Dövlət İqtisad Universiteti özəl və dövlət müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət İqtisad Universiteti özəl və dövlət müəssisələri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Mühasib və Risk Peşəkarları Assosiasiyasının (ARPA) nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Bu ali məktəbin maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirak etdikləri tədbirdə fakültənin dekanı, dosent Gəray Musayev dövlət və özəl qurumların nümayəndələri ilə görüşlərin keçirilməsinin innovativ ideyalara malik gənclərin gələcək karyerasında mühüm rol oynadığını söyləyib. O, UNEC-də bu cür tədbirlərin mütəmadi keçirildiyini, özəl və dövlət müəssisələri ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib.
ARPA-nın icraçı direktoru Fərrux Əliyev təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verərək assosiasiya tərəfindən təqdim olunan müxtəlif sertifikasiyalar üzrə tələbələr üçün güzəştlərin olduğunu diqqətə çatdırıb. Bu qurumun sertifikasiya üzrə direktoru Gülnar Hacıyeva milli mühasibat sertifikasiyası – “Mühasiblərin Peşəkar Sertifikasiyası” barədə ətraflı məlumat verib.
Assosiasiyanın üzvlük üzrə meneceri Elnur Vəliyev seminarlarda iştirak və sertifikasiya üçün “ARPA-ya üzv olmanın üstünlükləri” mövzusunda təqdimatla çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər