AzMİU-nun İnşaat-texnologiya fakültəsində “2016-cı il multikulturalizm ilidir” mövzusunda tədbir keçirilib. Fakültənin dekanı, dosent Tahirə Haqverdiyeva tədbiri açaraq qeyd edib ki, 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan edilməsi multikulturalizmin dövlət siyasətinə və xalqımızın həyat tərzinə çevrildiyini sübut edir. Onun sözlərinə görə, əsrlər boyu Azərbaycanda mültimədəniyyətli cəmiyyətlər mövcud olub, onlarla millətin və xalqların nümayyəndələri Azərbaycanı öz vətənləri kimi qəbul edib və artıq uzun illərdir ki, bir ailə kimi yaşayırlar.
AzMİU-nun ictimai fənlər kafedrasının müəllimi Gülarə Abbasova “Multikulturalizm və tolerantlığın yaranma tarixi” mövzusunda məruzə ilə çıxış edib, vurğulayıb ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir. Azərbaycanda multikulturalizmin yaşam tərzi olduğunu qeyd edən G.Abbasova multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmasının vacib olduğunu söyləyib.
Sonra mövzuya həsr olunmuş video-çarx nümayiş olunub.
Fakültənin tələbəsi Fidan Məmmədova Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərin gənclər arasında vətənpərvərlik təbliğatının güclənməsinə təkan verəcəyini bildirib.