Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Multikulturalizm və kitab” mövzusunda tədbir keçirilib.
Bilik Fondundan tehsil-press.az-a bildiriblər ki, bu qurumun və Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə reallaşdırılan tədbir 16 noyabr- Beynəlxalq Tolerantlıq Gününə həsr edilib.
Fondun icraçı direktoru Oqtay Səmədov Beynəlxalq Tolerantlıq Günü münasibətilə iştirakçıları təbrik edib. Tolerantlığın Azərbaycanda köklərindən söz açan O.Səmədov Bilik Fondunun ölkəmizdə bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb.
Xətai Rayon MKS-nin baş kitabxanaçısı Gülzadə Quliyeva “Kitabxanalar və multikulturalizm” mövzusunda məruzə ilə çıxış edib.
Mövzu ətrafında geniş müzakirələr aparılıb.
Tehsil-press.az