Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr edilmiş "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib. Açılış mərasimindən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin mətbuat xidmətlərindən Trend-ə daxil olan məlumata görə, konfransı BSU-nun rektoru, professor Asif Hacıyev açaraq qonaqları salamlayıb və bildirib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş konfranslar artıq universitetin ənənəsinə çevrilib: "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda Beynəlxalq Elmi Konfrans Ümumilli liderin anadan olmasına həsr edilən sayca 7-ci konfransdır. Biz çox şadıq ki, bu konfrans daha geniş miqyasda, dövlət səviyyəsində təşkil olunub.
Cənab Prezidentin sərəncamı ilə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nda da bu konfransın təşkili yer alır. 330 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu, çoxsaylı plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulan konfransda 10 ölkədən - Rusiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç və Polşadan 21 qonaq iştirak edir. Mayın 5-dək davam edəcək konfransın işinə uğurlar arzulayıram".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, belə bir gündə həmrəylik nümayiş etdirərək bir yerdə olmağın zövqü və mənası tam başqadır: "Bu, həm xalqı birləşdirən mahiyyətdir, həm də xalqın ətrafında onun dostlarını birləşdirən hadisədir. Bundan çıxış edərək Azərbaycana məhz Ulu Öndərin anadan olması münasibətilə təşkil olunan bu konfransa xarici ölkələrdən gəlmiş bütün qonaqlarımızı bir daha salamlaylıram. Bu tədbirin keçirilməsində məsul olan bütün qurumların rəhbərliyinə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. Bu konfrans bizim elmi, intellektual gücümüzü bir araya gətirən mühüm tədbirdir. Təsadüfi deyil ki, bu tədbir ölkə başçısının sərəncamı ilə "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nda xüsusi yeri olan bir tədbirdir və bu, bir daha onu göstərir ki, bunun ən yüksək səviyyədə keçirilməsi təqdir və təşviq edilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, multikulturalizm əsrlər boyunca Azərbaycan xalqının tarixi yaddaşında həmişə mövcud olan sosial-mənəvi dəyər kimi yaşayıb. Multikulturalizmin bu il bu şəkildə siyasi nöqteyi-nəzərdən təqdir və təsdiq edilməsi, müvafiq sərəncamla bütün ilin "Multikulturalizm ili" elan edilməsi əlbəttə ki, xalqın bu istiqamətdə yığdığı böyük bir təcrübəyə verilən siyasi qiymət idi. Bu siyasi qiymətin əsasını isə Ulu Öndər Heydər Əliyev qoyub. Məhz buna görə Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Azərbaycan müstəqilliyinin ilk dövründə Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi. Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi".
Dövlət müşaviri vurğulayıb ki, hazırda Azərbaycan multikulturalizmi fənninin dünyanın 13 aparıcı ali təhsil ocağında tədrisi o deməkdir ki, bizim tariximiz, psixologiyamız, ədəbiyyatımız, mənəviyyatımız, həqiqətlərimiz 13 universitetin gənclərinin beyninə, yaddaşına köçürülür: "Bu gün dünyanın müxtəlif yerlərindən və Azərbaycanın fərqli bölgələrindən gələn çoxsaylı qurum və təşkilatların nümayəndələri öz gəlişləri ilə Ulu Öndərin birlik, bərabərlik ideyalarının ətrafında sıx birləşdiklərini nümayiş etdirirlər. Bu gün öyrənmək və öyrətmək günüdür. Bakı Slavyan Universitetinin yaradılması Ulu Öndərin ideyasıdır. Bu universitet bu gün öz fəaliyyəti ilə Ümummilli Liderin xatirəsinə olan hörmət və ehtiramını nümayiş etdirir".
AMEA-nın prezidenti Akif Əlizadə qeyd edib ki, çoxlu xarici qonaqların da iştirak etdiyi bu möhtəşəm konfransın təşkili Azərbaycanda multikulturalizm ideyalarının nümayişi və təntənəsidir: "Multikulturalizm hansısa Avropa ölkələrində iflasa uğramış ola bilər, amma Azərbaycanda bu, həyat tərzidir. Azərbaycan xalqı əsrlər boyu multikultural dəyərlərə istinda edərək yaşayıb".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər" mövzusunda Beynəlxalq Elmi Konfransı Ümummilli liderin doğum gününə böyük töhfə kimi dəyərləndirib: "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan üçün çox böyük siyasi irs qoyub.Bu konfrans Ulu Öndərin irsinin həm multikultural və tolerant dəyərlər baxımından, həm də digər istiqamətlərdən tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, Ulu Öndərin multuikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi bu siyasət Azərbaycanla məhdudlaşmır. Bu siyasət indi bütün dünyaya sirayət edən bir siyasət kimi prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə öz töhfələrini verir və Ulu Öndərin siyasətinin məntiqi davamıdır".
Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı Akif Əsgərov Beynəlxalq Elmi Konfransın təşkilini öz sanbalı etibarilə Ümummilli Liderin ruhuna böyük sevginin tərənnümü kimi səciyyələndirib.
Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu Beynəlxalq Elmi Konfransın təşkilatçılarını belə əhəmiyyətli bir konfransı yüksək səviyyədə həyata keçirdiklərinə görə təbrik edib. A. Qriqoriu bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya və terrordan qurtulmağın yeganə çıxış yolunun multikulturalizm olduğunu vurğulayıb: "Qürurla qeyd etmək istərdim ki, Azərbaycan dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdəndir. Bu istiqamətdə ilk siyasi qərarları isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qəbul edib və həyata keçirib. Ərazisinin 20 faizi işğal olunmuş və ərazisində bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşdığı bir ölkənin hazırda da multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi bu dövlətə və hökumətə olan hörməti daha da artırır. Keşmiş SSRİ-nin tərkibində yerləşən respublikalardan Azərbaycan yeganə ölkədir ki, ərazisində müxtəli etnik mənşəyə və fərqli dinə mənsub onlarla xalqın nümayəndəsi heç bir problem olmadan, qardaşcasına yanaşı yaşayırlar. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alır. Azərbaycanın əsrlərə söykənən tolerantlıq ənənələri və multikultural dəyərləri bu gün müsəlman ölkələrinə olduğu kimi, Avropa ölkələri üçün də nümunədir. Bugünlərdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanda həyata keçirilən mulıtikulturalizm siyasətinə verilən böyük qiymətdir". Moldovanın ombudsmanı Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olması arzusunu səsləndirərək çıxışını yekunlaşdırıb.
ABŞ-ın Kaliforniya ştatının Pravoslav kilsəsinin pasteri X. Mendes Azərbaycanda müşahidə etdiyi tolerantlıq ənənələri və multikultural durum haqqında düşüncələrini bölüşüb və belə bir konfransın təşkilini yüksək qiymətləndirib.
BBMM-in Moskva filialının rəhbəri Nataliya Krasovskaya konfrans iştirakçılarına Rusiya Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin təbrik məktubunu oxuyub.
B.Yeltsin adına Ural Federal Universitetinin professoru Aleksandr Nesterov Azərbaycan dövlətinə və prezident İlham Əliyevə uğurlu multikultural siyasət həyata keçirdiyi üçün minnətdarlığını bildirib: "Multikulturalizm minillərdir insan cəmiyyətində mövcuddur. Ancaq ənənəvi multikulturalizmin dövlət siyasəti xətti kimi həyata keçirilməsi baxımından Azərbaycan hökümətinin təşəbbüsləri və həyata keçirdiyi işlər təqdirəlayiqdir".
Azərbaycan Rus icmasının sədri, BBMM-in Himayəçilik Şurasının üzvü, millət vəkili Mixail Zabelin konfrans iştirakçılarını Pasxa bayramı münasibətilə təbrik edib və Azərbaycanda fərqli dinə mənsub insanların, müxtəlif etnik qrupların öz milli və dini bayramlarını təntənə ilə qeyd etmələri üçün dövlət səviyyəsində şərait yaradıldığını bildirib. M. Zabelin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.
Azərbaycandakı dağ yəhudiləri icmasının sədri Milix Yevdayev bugünkü təntənəni Azərbaycan həqiqətlərinin canlı təzahürü kimi qiymətləndirib.
Tehsil-press.az