Süd məhsullarında yeni brend yaradılır - Gəncədə

Süd məhsullarında yeni brend yaradılır - Gəncədə Azərbaycan və Belarus Gəncədə süd məhsulları kompleksinin yaradılması ilə bağlı birgə layihənin reallaşdırılmasında razılığa gəliblər.
Tehsil-press.az-ın məlumatına görə, bunu Belarusun Azərbaycandakı keçmiş səfiri, Gəncə avtomobil zavodunun Belarusdakı nümayəndəsi Nikolay Patskeviç deyib.
Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında danışıqlar aparılıb: "Danışıqlar çərçivəsində tərəflər bu layihənin bütün detallarını hazırlamaq üçün işçi qrupun yaradılmasını razılşadırıblar. Eləcə də, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub".

Tehsil-press.az

Oxşar xəbərlər