Azərbaycan və Misir arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün perspektivli sahələr bu ayın sonunda Qahirədə keçiriləcək ticari-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq. Bunu Tehsil-press.az-a Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.
Onun sözlərinə görə, hazırda iki ölkə arasında ikitərəfli münasibətlərin əsas istiqamətləri energetika, turizm, kənd təsərrüfatı, tibb və əczaçılıqdır.
Bu iclas hökumətlərarası komissiyanın sayca dördüncü iclası olacaq. İclasın gündəliyinə əvvəllər əldə olunmuş sazişlərin icrası, yeni əməkdaşlıq sahələri, eləcə də iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri daxil edilib.
Səfirin sözlərinə görə, Misir Azərbaycanın ASAN xidmət, eləcə də ərazilərin minalardan təmizlənməsi agentliyinin (ANAMA) təcrübəsinin öyrənilməsində maraqlıdır.
Bundan başqa, Azərbaycan “Made in Azerbaijan“ brendinin Misirdə tanıdılmasını planlaşdırır.
Tehsil-press.az