Neftimiz bahalaşıb

Neftimiz bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 48,5 dollar/barel təşkil edib ki, bu da sentyabrın 21-nə olan göstəricidən 0,93 dollar/barel çoxdur. Bunu Tehsil-press.az ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 47,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,94 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 43,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 22-də 47,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel çoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər