Neftimiz bahalaşıb

Neftimiz bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 50,42 dollar/barel təşkil edib ki, bu da iyulun 1-nə olan göstəricidən 0,31 dollar/barel çoxdur. Bunu Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə deyib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 49,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,29 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 4-də 46,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 4-də 48,01 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel azdır.


Tehsil-press.az

Oxşar xəbərlər