Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 51,27 dollar/barel təşkil edib ki, bu da oktyabrın 3-nə olan göstəricidən 0,93 dollar/barel çoxdur. Bunu Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə deyib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 4-də 50,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 4-də 47,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 4-də 49,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,87 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər