Azərbaycanın şimal bölgəsi üzrə iki gün ərzində keçirilən diaqnostik qiymətləndirmədə 5000-ə yaxın müəllim iştirak edib.
Təhsil Nazirliyindən tehsil-press.az-a verilən məlumata görə, Qubada ötən gün keçirilən diaqnostik qiymətləndirmədə 2400-ə yaxın, bu gün isə 2500-dən çox müəllim iştirak edib. İki gün ərzində keçirilən imtahanlara Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, coğrafiya, fiziki tərbiyə və ibtidai sinif müəllimləri qatılıb.
Diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Qeyd edək ki, Qubada keçirilən diaqnostik qiymətləndirmə noyabrın 23-də də davam edəcək.
Tehsil-press.az