Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.
Tehsil-press.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: "Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Nefçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar”.
Tehsil-press.az