Nəsimi rayonunda Müəllim günü qeyd olunub

Nəsimi rayonunda Müəllim günü qeyd olunub Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllim günü münasibəti ilə rayon rəhbərliyi və ictimaiyyəti, təhsil işçilərinin iştirakı ilə bayram tədbiri keçirilib.

Tehsil-press.az xəbər verir ki, çıxış edən İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb.
Tədbirdə iştirak edən təhsil işçisinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr və gül dəstələri təqdim olunub.
Qeyd edək ki, Nəsimi rayonunda 9 ali, 1 Təhsil Problemləri İnstitutu, 1 kollec, 26 orta, 1 peşə məktəbi, 2 müsiqi məktəbi, 2 xüsusi məktəb, 33 məktəbəqədər tərbiyə müəssisəsi, 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Rayonun orta məktəblərində 2356 nəfər müəllim fəaliyyət göstərir.
Məktəblərdə 7 nəfər müəllim “Tərəqqi” medalı ilə təltif edilmiş, 19 nəfər “Əməkdar müəllim ” adına layiq görülüb.


Tehsil-press.az

Oxşar xəbərlər