“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub

“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Məktəb seminarları” layihəsinin yekunlarına dair görüş keçirilib.
İdarə müdiri Məhəbbət Vəliyeva təhsil müəssisələrində reallaşdırılan layihə çərçivəsində aparılan interaktiv müzakirələr barədə fikirlərini bölüşüb. Sürətlə dəyişən müasir dünyada təhsilin keyfiyyətinə təsir edən amillərin vaxtında dəyərləndirilməsinin zəruriliyinə diqqət çəkən M. Vəliyeva bu istiqamətdə təhsil müəssisələrinə hərtərəfli dəstək verildiyini söyləyib. M.Vəliyeva qeyd edib ki, hədəf qruplarının marağı nəzərə alınaraq, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə “Məktəb seminarları”nın davam etdirilməsinə ehtiyac duyulur.
Görüşdə mövzu ilə bağlı çıxışlar dinlənilib.
Qeyd olunub ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşan “Məktəb seminarları” və digər müvafiq layihələr səmərəli məktəbin formalaşdırılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və məktəblərin “öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

BŞTİ-nin Mətbuat Xidməti


“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub“Məktəb seminarları” layihəsinin ilkin nəticələri müzakirə olunub

Oxşar xəbərlər