Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Beynəlxalq və milli səviyyədə davamlı inkişaf strategiyasının siyasi və iqtisadi aspektləri” adlı respublika elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə fakültənin dekanı, professor Zeynal Həsənalıyev açaraq ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolundan, onun Azərbaycan diplomatiyasında qazandığı uğurlardan bəhs edib.
Professor Ağalar Abbasbəylinin “Multikulturalizm müasir dövrdə sülhün təmini kimi”, professor Pərvin Darabadinin “Dünya siyasətində hərb faktoru: tarix və müasirlik” mövzusunda çıxışları konfrans iştirakçılarının böyük marağına səbəb olub.
Daha sonra I kurs magistrantları - Şəhla Allahyarova “Qloballaşma və təhlükəsizlik problemləri”, Elmira Həsənova “Dörd günlük Qarabağ müharibəsi” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans işini “Beynəlxalq münasibətlər”,“Diplomatiya və müasir inteqrasiya prosesləri”,”İqtisadiyyat”, “Politologiya” bölmələrində davam etdirib.
Qeyd edək ki, konfransa fakültənin professor-müəllim heyəti, magistrant, tələbələri tərəfindən 70-dən artıq məqalə təqdim olunub və onlar arasından ən yaxşı məqalə müəllifləri mükafatlandırılıb.

Mətbuat və informasiya şöbəsi


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi-praktiki konfrans

Oxşar xəbərlər