Azərbaycanlı alimlər Vyanada beynəlxalq konfransda

Azərbaycanlı alimlər Vyanada beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, GGİ-nin Elmi Şurasının üzvü, akademik Pərviz Məmmədov və institutun doktorantı İqor Pirverdiyev Avstriyanın paytaxtı Vyanada keçirilmiş “Qeyri-səlis sistemlər və kompyuter texnologiyalarının tətbiqi” adlı XXII beynəlxalq konfransda iştirak ediblər.
AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, iki günlük tədbirə ümumən 20-ə yaxın ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, Rusiya, Türkiyə və digərlərini təmsil edən 50-dən çox alim və mütəxəssis məruzə ilə qatılıb.
GGİ təmsilçiləri konfransda “FCM alqoritmindən istifadə etməklə geoloji obyektlərin təsnifatı və məhlulun udulma dərəcəsinin qiymətləndirilməsi” və “Qeyri-səlis klaster analizin vasitəsilə nasosun effektivliyini təyin edən amillərin onun işinə təsirinin təhlili” adlı məruzələrlə çıxış ediblər. Məruzələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Tehsil-press.az

Oxşar xəbərlər