Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 3-də növbəti SAT imtahanlarını (üç fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib. Komissiyanın inzibati binasında təşkil olunan imtahanlar təlimata uyğun aparılıb.
İmtahanlarda 48 nəfərin iştirakı nəzərdə tutulsa da, 43 nəfər iştirak edib. İştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin dekabrın 22-də elan olunması gözlənilir.
İştirakçılar nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış ola biləcəklər.

TQDK-nın Mətbuat Xidməti