Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb

Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
TQDK-dan tehsil-press.az-a bildiriblər ki, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına iyulun 18-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Tehsil-press.az

Oxşar xəbərlər