Rezidenturaya keçirilmiş qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı

Rezidenturaya keçirilmiş qəbul imtahanının II mərhələsinin nəticələri açıqlandı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycana baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

TQDK-dan Tehsil-press.az-a verilən məlumata görə, nəticələr bu gün saat 20:41-dən etibarən Komissiyanın internet saytında yerləşdirilib.
Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 442 namizəddən 8 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 434 namizəddən 373 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Ən yüksək nəticə 86 bal olub. Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi avqustun 1 dən 7 dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.


Tehsil-press.az

Oxşar xəbərlər