Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi və Dubay şəhərlərinə səfər ediblər.
Səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əməkdaşlığın strateji istiqamətləri və prespektivləri baradə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura səviyyəsinə genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunub. Görüşdə, o cümlədən bakalavr təhsil səviyyəsi ilə əlaqədar olan mövcüd müqaviləyə dəyişiklik ilə bağlı tərəflər arasında razılaşma imzalanıb.
Səfər zamanı rektor Elmar Qasımov və nümayəndə heyəti HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak ediblər. Daha sonra HVU-nun Dubay kampusu, xüsusilə tədris binaları, auditoriyalar və laboratoriyalar ilə tanış olan nümayəndə heyəti professor-müəllim heyəti ilə də görüşüblər.
Səfərin sonuncu günü BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən Neft İnstitutunun prezidenti Dr. Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüş çərçivəsində Neft İnstitutu və BANM arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu və gələcəkdə BANM tələbələrinin Əbu-Dabi Neft İnstitutunda magistr təhsil səviyyəsində ödənişsiz təhsil almaları barəsində ilkin razılıq əldə olundu. Daha sonra nümayəndə heyəti Neft İnstitutunda tədrisin həyata keçirilməsi ilə, xüsusilə də, İnstitutun laboratoriyaları ilə tanış olublar.

BANM-nin Mətbuat Xidməti