Dekabrın 7-də Azərbaycan Tibb Universitetində (ATU) akademik Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik Aqil Əliyevin həyat və fəaliyyəti haqqında, onun müəllifi olduğu araşdırma və təşəbbüslərdən danışıb. Professor Aqil Əliyevin həyatı haqqında qısa məlumat verən rektor xatırlatdı ki, o, 1953-cü ildən etibarən həyatının sonuna qədər Azərbaycan Tibb Universitetində çalışıb. O, gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elminin inkişafına həsr edib: “Aqil Əliyev ATU-da müəllim, dosent, professor kimi vəzifələrdə işləyib. O, həyatının sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasının müdiri vəzifəsini sevərək icra edib”.
Rektor G.Gəraybəyli qeyd etdi ki, professor Aqil Əliyevin elmi araşdırmaları həm sovet, həm də dünya iqtisadiyyatına böyük töhfələr verib. Akademik Aqil Əliyevin Azərbaycan elmi qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, A.Əliyev 1983-cü ildə “Əməkdar Elm Xadimi” adına layiq görülüb, 2005-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Daha sonra AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev tədbir iştirakçılarına professor Aqil Əliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verdi, onu zamanın “səddini keçən görkəmli alim” kimi dəyərləndirdi: “Uzun illərdir ki, xalqımızın ən görkəmli alimləri, elm, sənət adamlarının yubileyləri davamlı şəkildə keçirilir. Əməkdar Elm Xadimi Aqil Əliyevin 90 illik yubileyinin qeyd olunması böyük əhəmiyyət daşıyır. O, yaşadığı mənalı ömründə çox izlər qoyub, hansılar ki, bu gün zaman həddinə sığmır, özünü geniş şəkildə göstərir”.
Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək Aqil Əliyevin şərəfli ömür yolu ilə bağlı xatirələrini bölüşüb.
O bildirdi ki, tarixi faktlar da Azərbaycanda iqtisad elminin hərtərəfli inkişafında görkəmli iqtisadçıların rolunun olduğunu göstərir. Bu tarixin layiqli nümayəndələrdən biri də Aqil Əliyev olub.
Azərbaycanda Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında Aqil Əliyevlə bağlı xatirələrinin onun həyatında unudulmaz izlər qoyduğunu bildirib. O, Aqil Əliyevin sadə və təvazökar şəxsiyyət olaraq hər kəsin qəlbində abidə olaraq qaldığını vurğulayıb.
Aqil Əliyevin ailə üzvləri adından Zərifə Əliyeva çıxış edərək belə mötəbər tədbirin təşkilinə görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin və onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir.

ATU-nun Mətbuat Xidməti