Azərbaycan Tibb Universitetində Dövlət Müstəqillyinin bərpasının 25-illiyi qeyd olunub

Azərbaycan Tibb Universitetində Dövlət Müstəqillyinin bərpasının 25-illiyi qeyd olunub Müstəqillik - 25 ildə keçdiyimiz çətin və şərəfli yol 
Azərbaycan müstəqilliyini bərpa etdiyi son 25 il ərzində dünya səviyyəsində tanınan və sayılan  dövlətlərdən birinə çevirlib. İndi Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər qurumlarında dalğalanır.
Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən geniş konfransda səsləndirilib. Açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, hamımız bu yaxın keçmişə aid tariximizin şahidi olmuşuq: “25 il öncə Azərbaycan müstəqil dövlət kimi dünyada tanınmırdı, xüsusi yer tutmurdu. Azərbaycanın nə müstəqilliyi, nə bayrağı və digər  dövlətçilik simvolları yox idi. Azərbaycan nümayəndəsi kimi mən xarici ölkələrə gedərkən “Azərbaycandanam” deyəndə, bu kəlmə bir çox suallar doğururdu”.
Professor G.Gəraybəyli xatırladıb ki, ötən əsrin sonlarında yenidən elan olunmuş müstəqilliyimizi itirmək təhlükəsi də olub. Torpaqlarımız işğal olunub, milyonlarla insanımız doğma yurdundan didərgin düşüb: “Böyük çətinliklə də olsa, xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin  sayəsində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İilham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib. Dünyanı qlobal böhran bürüdüyü bir halda, Azərbaycan hər sahədə stabilliyini qoruyub saxlaya bilib. İstərdim ki, müstəqillik dövründə dünyaya göz açan gənclərimiz, tələbələrimiz bu tariximizi bilsinlər və qazandığımız azadlığa dəyər versinlər”.
ATU ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov çıxışında Azərbaycanın müstəqillik tarixinə ekskurs edib və tədbir iştirakçılarına həmin dövrdə yaşanan hadisələri xatırladıb. Professor qeyd edib ki, özünün 5 min illik dövlətçilik tarixi boyunca Azərbaycan daim müstəqillik uğrunda mübarizə aparıb və nəhayət 25 il öncə bu mübarizə qələbə ilə yekunlaşıb.
ATU-nun insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev qeyd edib ki, müstəqillik hər bir xalqın ümdə arzusu olduğu bir halda, Azərbaycan millətini müxtəlid dövrlərdə azadlıqdan məhrum ediblər: “Müstəqilliyimizin bərpasından sonra Azərbaycan elminin, təhsilinin, idmanının hərtərəfli, genişmiqyaslı inkişafı ölkəmizin qüdrətli imkanlara malik olmasını, istedadlı xalq olduğunu ortaya qoydu”. M.Allahverdiyev bildirib ki, bu illər ərzində ümummilli lider Heydər Əliyevin iki dəfə Azərbaycan Tibb Universitetində olub və məhz onun təşəbbüsü ilə ATU-da hərbi tibb fakültəsi yaradılıb. Həmçinin, hazırda dünya miqyaslı tibb müəssisələrindən geri qalmayan ATU klinikalaırnın yaradılması da ulu öndərin adı ilə bağlıdır.
Sonda ATU-nun II müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Xatın Məmmədova çıxış edərək müasir Azərbaycan gənclərinin şərəfli müstəqillik tariximizlə fəxr etdiklərini bildirib. 

ATU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər