Görkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri var

Görkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri var Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə psixoloji xidmət: reallıqlar, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans görkəmli ictimai-siyasi xadim və alim İsa Məmmədovun 90 illik yubileyinə həsr olunub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) sabiq direktoru, Sosialist Əməyi Qəhrəmanı, Əməkdar Müəllim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İsa Məmmədovun həyat və fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, İ.Məmmədov 1926-cı il iyulun 11-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olub. 1942-ci ildə Şərur rayonunda orta məktəbi bitirdikdən sonra 1945-1947-ci illərdə Moskva Ali Komsomol Məktəbində oxuyub, 1947-1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. Görkəmli alim bir sıra mühüm vəzifələrdə işləyib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çalışdığı illər İ.Məmmədovun həyatının xüsusi və şərəfli bir dövrüdür.
Rektor İ.Məmmədovun milli təhsil sisteminin inkişafındakı mühüm xidmətlərini diqqətə çatdırıb. Qeyd edilib ki, ictimai-siyasi fəaliyyətlə yanaşı, elmi-tədqiqatla da məşğul olan İ.Məmmədov 1997-ci ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. İsa müəllimin milli təhsil sistemimizin inkişafında mühüm xidmətləri olub. O, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində, praktik psixoloqların hazırlanması sahəsində səmərəli fəaliyyət göstərib.
C.Cəfərov vurğulayıb ki, İsa Məmmədovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif olunub. Xeyirxah və nəcib insan, tanınmış ictimai-siyasi xadim, təcrübəli və bacarıqlı təhsil işçisi, görkəmli ziyalı İ.Məmmədovun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq.
Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, ADPU-nun prorektoru Asəf Zamanov və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu görkəmli alim haqqında xatirələrini bölüşüblər.
Tədbirdə AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyevin “Azərbaycanda psixoloji xidmətin təşkili və müasir problemləri”, professor Ramiz Əliyevin “Müəllim hazırlığının aktual pedaqoji –psixoloji problemləri” mövzularında çıxışları dinlənilib.
Görkəmli alimin oğlu Əli Məmmədov atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, atası ilə bağlı xatirələrini bölüşüb.
Konfrans işini bölmə iclaslarında davam etdirib.

ADPU-nun Mətbuat Xidməti


Görkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri varGörkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri varGörkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri varGörkəmli alim İsa Məmmədovun milli təhsil sisteminin inkişafında mühüm xidmətləri var

Oxşar xəbərlər