Məktəbdə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans

Məktəbdə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans Bakıdakı 147 nömrəli texniki-humanitar liseydə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın keçirilməsinin məqsədi məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın üzvlərinin tədqiqat işlərini nümayiş etdirmək olub.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva “Kiçik akademiya”lar barədə ətraflı məlumat verib, onların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini vurğulayıb.
Konfransın elmi hissəsində Azərbaycan dili və ədəbiyyatı, rus və ingilis dilləri, riyaziyyat, informatika, tarix, coğrafiya, fizika, kimya-biologiya bölmələrində müzakirələr aparılıb.
Bədii hissədə şagirdlər mahnı və şeirlər ifa ediblər.

BŞTİ-nin Mətbuat Xidməti


Məktəbdə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans

Məktəbdə “Elmin zirvələrini fəth edək” mövzusunda elmi-praktik konfrans

Oxşar xəbərlər