Tarix fakültəsində Dünya Azərbaycanlıları elmi-tədqiqat laboratoriyası, Türk xaqları tarixi kafedrası və kafedranın nəzdində fəaliyyət göstərən “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin təşkilatçılığı ilə “Elmi tədqiqat nədir və necə aparılmalıdır?” mövzusunda seminar keçirilib. Seminarı açan dekan Azad Rzayev onun işinə uğurlar arzu edib. Seminarın rəhbəri və məruzəçisi Tarix fakültəsinin böyük elmi işçisi Səidə Quliyeva olub. Seminarda elmi-tədqiqat mövzusunun seçilməsi, hipotezin qoyuluşu, tədqiqatların növləri və tədqiqat metodları, müvafiq tədqiqat strukturları, akademik yazı qaydaları, materialların toplanması, plagiata yol verməmək və digər vacib məsələlər barədə məlumat verilib, elmi-tədqiqat mexanizmi izah edilib. Seminarda bakalavr, magist, doktorantlar və gənc müəllimlər iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi
Mətbuat və informasiya şöbəsi