
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə konfransı açaraq tədbir iştirakçılarını salamlayıb. O, bü gün dünyada aktual olan bir mövzuya – müasir inşaatda ekologiya və enerji effektivliliyinin problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışıb, burada dinlənəcək məruzələrin, həmçinin, bu sahədə aparılan elmi-tədqiqat işlərinin məsələnin həlli istiqamətində mühüm nəticələrə səbəb olacağına inamını ifadə edib.
Tədbirdə iştirak edən “Azəristiliktəchizat” ASC-nin sədri Yaşar Həsənov, Caspian Service LTD-nin İdarə Heyətinin sədri Rəhim Soltanov konfrans iştirakçılarını təbrik edib, konfransın işində onlara uğurlar diləyiblər.
Daha sonra AzMİU-nun Ekologiya kafedrasını müdiri, professor Fəqan Əliyev “Şəhərsalmada bərpa olunan enerji və ətraf mühit”, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov “Mikroiqlim və enerji səmərəliliyi” adlı plenar məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmələrdə davam etdirib.
AzMİU-nun Mətbuat Xidməti






