Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq

Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq Yanvarın 17-dən etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq.

Mərkəzdən tehsil-press.az-a bildiriblər ki, pulsuz müayinələr həftənin çərşənbə axşamı və cümə günləri saat 17.00-dan 19.00-a kimi həkim-kardioloq və ürək-damar cərrahları Rauf Səmədov, Natiq Mirzəyev və Pərviz Məmmədov tərəfindən keçiriləcək. Bu müayinədən keçənlər üçün laborator analizlərə 20 faiz endirim olacaq.
Müayinədə iştirak etmək üçün həftənin şənbə günü saat 10.00-dan 15.00-a kimi 012-530-90-29 (daxili nömrə: 123) nömrəsinə zəng edib qəbula yazılmaq kifayətdir.

Tehsil-press.az

Oxşar xəbərlər