Mobil telefonlardan "Feysbuk"a giriş pulsuz olacaq

Mobil telefonlardan Yaxın günlərdə "Bakcell" şirkətinin bütün abonentləri üçün "Feysbuk" sosial şəbəkəsinə giriş pulsuz olacaq. Bu barədə Tehsil-press.az-a şirkətdən bildiriblər.

Hazırda bu xidmət yalnız DoğmaCİN tarif paketinin abonentləri üçün pulsuzdur.
Pulsuz xidmət "Feysbuk"un bütün mobil tətbiqləri, eləcə də "FB Messenger"ə aiddir.
"Feysbuk"dan digər saytlara keçid, həmçinin "FB Messenger" vasitəsilə zənglər isə müvafiq tariflə hesablanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər