Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb

Obama amerikalıları ABŞ prezidenti Barak Obama amerikalıları "demokratik institutları bərpa etməyə" çağırıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə B.Obama Çikaqoda vidalaşma nitqində deyib.

"Bizim demokratiyamız təhdid altındadır", - deyə ABŞ lideri bildirib.
"Partiyadan asılı olmayaraq bizim hamımız demokratik institutlarımızı bərpa etməliyik", - deyə B.Obama bildirib.
Qeyd edək ki, yanvarın 20-də Obama öz postunu tərk edir. Yeni prezident Donald Tramp olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər