Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Tehsil-press.az-ın məlumatına görə, bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin “Tvitter”dəki mikrobloqunda bildirilir. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə müzakirələr aparılıb.


Tehsil-press.az

Oxşar xəbərlər