"Reina" qətliamçısının vətənindən açıqlama gəldi

İstanbuldakı “Reina” terror hücumunun şübhəlisi Abdülkadir Maşaripovun vətəni Özbəkistandan onun tutulması ilə əlaqədar açıqlama gəlib.

Tehsil-press.az xəbər verir ki, Özbəkistan təhlükəsizlik qurumlarından bir səlahiyyətli “Anadolu” agentliyinə Maşaripovun 6 il əvvəl Özbəkistandan çıxaraq Əfqanıstana getdiyini söyləyib.
Səlahiyyətli Əfqanıstanda terror təşkilatına üzv olduğu üçün onun adının Özbəkistanda axtarışda olan şəxslərin siyahısında olduğunu deyib.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər